Bakının Suraxanı rayonunda, Köhnə Günəşli adlanan ərazidə hərəkətsiz vəziyyətdə dayanan 46 nömrəli avtobus ətrafdakılara qorxulu anlar yaşadıb.
Yenisabah.az xəbər verir ki, hadisə 46 nömrəli avtobusun sonuncu dayanacağında, inqilab ismayılov küçəsində baş verib.
Güclü külək nəticəsində hərəkətə gələn nəqliyyat vasitəsi ciddi fəsadlar törədib. Avtobus bir avtomobili zədələdikdən sonra ərazidəki elektrik dirəyini aşırıb. Sonra isə yaxınlıqdakı həyət evlərindən birinin hasarını uçurub. Marqarita pizza
Hadisə nəticəsində xəsarət alan olmasa da, vətəndaşlara külli miqdarda maddi ziyan dəyib.
AYTAC
Həmin görüntüləri təqdim ediirk:
Telegram kanalımız