Səudiyyə Ərəbistanı ölkənin əsas enerjidaşıyıcı marşrutlarından biri olan "Şərq-Qərb" boru kəmərinin fəaliyyətini tam bərpa edib. Məlumata görə, kəmər vasitəsilə xam neftin nəqlinə bu gündən etibarən start verilir.
“Yeni Sabah” xəbər verir ki, tədarük imkanlarının artması və bazardakı gərginliyin səngiməsi fonunda beynəlxalq birjalarda xam neftin qiymətində ucuzlaşma müşahid olunub. Belə ki, "Brent" markalı neftin bir barelinin qiyməti geriləyərək 98 dollar səviyyəsinə düşüb.
Ekspertlər strateji boru kəmərinin fəaliyyətə qayıtmasının qlobal neft bazarında təklif sabitliyini təmin edəcəyini proqnozlaşdırırlar. Sezar pizza
Nazim Hacıyev
Telegram kanalımız