Elza Seyidcahan taksi sürücüləri ilə münasibətindən danışdı: “Evli kimiyəm”

saytların hazırlanması

Evə çatdırılma

Elza Seyidcahan taksi sürücüləri ilə münasibətindən danışdı: “Evli kimiyəm”

Şou

07 Noyabr 2026 16:16 46


Əməkdar artist Elza Seyidcahan taksi sürücüləri ilə qurduğu maraqlı münasibətdən danışıb.

“Yeni Sabah” xəbər verir ki, müğənni “Kəşfet” proqramında qonaq olarkən taksidən tez-tez istifadə etdiyini və bəzi sürücülərlə münasibətlərinin adi müştəri-sürücü çərçivəsini aşdığını bildirib.

Sənətçi hətta sürücülərdən birinin evində qonaq olduğunu da açıqlayıb: Marqarita pizza

“Elə taksi sürücüləri var ki, onlarla evli kimiyəm. Hətta birinin evinə qonaq da getmişəm. Xaçmazda olanda zəng vurdum ki, gəlirəm. Getdim, gördüm ki, bizə gözəl süfrə açıblar”.

Avtomobilinin olmadığını deyən Elza Seyidcahan şəxsi nəqliyyat vasitəsi almağı planlaşdırdığını, lakin bunun üçün kreditə müraciət etməyəcəyini vurğulayıb. O, avtomobil seçimindən də danışıb:

“Xanımı bizə qaz əti bişirmişdi. Çox da gözəl idi. Taksidə gəzəndə nə olur ki… Avtomobilim yoxdur. Almağı düşünürəm. Amma kredit yox, nəğd pulla alacağam. Mən cip sevirəm. Rayonlarda, yollarda oluram. Uşaqlıqda “Niva“ sevirdim”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!