“Məndən çox dəstək olan olmayıb” – Könül Kərimovadan narazılıq

saytların hazırlanması

Evə çatdırılma

“Məndən çox dəstək olan olmayıb” – Könül Kərimovadan narazılıq

Şou

07 Noyabr 2026 17:52 46


Əməkdar artist Könül Kərimova gənc müğənnilərlə bağlı narazılığını dilə gətirib.

Yeni Sabah xəbər verir ki, sənətçi “İncə səhər” proqramında qonaq olarkən bu mövzuya toxunub. O, karyerası ərzində bir çox gənc ifaçıya təmənnasız kömək etdiyini, hətta öz mahnılarını da onlarla bölüşdüyünü deyib.

Kərimova bildirib ki, göstərdiyi dəstəyə baxmayaraq, bəzi gənc müğənnilər zaman keçdikcə ona qarşı diqqətsiz davranırlar. Sənətçi bunun qarşılığında maddi və ya başqa bir gözləntisinin olmadığını, sadəcə, kiçik bir diqqətin belə onun üçün əhəmiyyət daşıdığını vurğulayıb: pizza

“Düzgün səmtdə deyillər. Gənclərə məndən çox dəstək olan olmayıb. Bir məqam gəlir, görürsən, yox. Çox heyf ki, unudurlar. Bir az etik qaydalar var. Nəsə edəndə qarşılıq ummuram, amma balaca diqqət istəyirəm. Gənclərə mahnılarımı da vermişəm. Bəzən şairələr narazılıq edir. Onlara da xahiş etmişəm ki, dəstək olaq. Özümə borc bilirəm. Onlar isə bəzən yanlış yanaşırlar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!