Milyonlarla dollarlıq maşınlar bu ərazilərdə qalıb çürüyür

saytların hazırlanması

Evə çatdırılma

Milyonlarla dollarlıq maşınlar bu ərazilərdə qalıb çürüyür

Maraqlı

07 Noyabr 2026 17:28 53


Bir vaxtlar sərvət və lüks simvolu olan milyonlarla dollarlıq avtomobillər indi toz və qumda çürüməyə məhkumdur. “Ferrari”, “Lamborcini”, “Porşe” və “Bentley” kimi dünyaca məşhur brendlərin avtomobillərə daha çox Dubaydakı dayanacaqlarda və tərk edilmiş ərazilərdə rast gəlmək mümkündür. Bu bahalı avtomobillərin bəziləri borc və məhkəmə çəkişmələri içində batsa da, son görünüşü heyrətamizdir.

Dünyanın müxtəlif yerlərində illərlə istifadəsiz qalan milyonlarla dollar dəyərində lüks avtomobillərin görüntüləri diqqəti cəlb edir. Xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində tapılan tərk edilmiş superkarlar, bir vaxtlar həddindən artıq böyük məbləğə alınan avtomobillərin necə bu vəziyyətə düşə biləcəyi ilə bağlı suallar doğurur.

“Ferrari” və “Lamborcini”dən tutmuş “Porşe” və “Maserati”yə qədər bir çox markanın toz basmış avtomobilləri dayanacaqlarda və açıq ərazilərdə qalıb. pizza

Dubayda tərk edilmiş lüks avtomobillərin səbəbləri müxtəlifdir. Bəzi nəqliyyat vasitələri sahiblərinin borclarını ödəyə bilməməsi səbəbindən uzun müddətdir istifadəsiz qalıb, digərlərinin isə məhkəmə proseslərinə cəlb olunduğu bildirilir./lent.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!