Yaponiyada 5,6 maqnitudalı zəlzələ qeydə alınıb. Yeraltı təkanlar noyabrın 7-də ölkənin şərq sahilləri yaxınlığında baş verib.
GFZ Geofon seysmik məlumat bazasının ilkin məlumatına görə, zəlzələnin maqnitudası 5,6, ocağının dərinliyi isə təxminən 10 kilometr olub.
“Yeni Sabah” xəbər verir ki, bu barədə beynəlxalq seysmoloji məlumat bazalarında məlumat yayılıb. Sezar pizza
Məlumata əsasən, zəlzələnin episentri Çiba prefekturasının Çoşi şəhərindən təxminən 87 kilometr şimal-şərqdə, Sakit okeanda yerləşib. Yaponiya vaxtı ilə saat 20:07-də qeydə alınan yeraltı təkanların ocağı 20 kilometr dərinlikdə olub.
Qeyd edək ki, zəlzələnin parametrləri ilkin xarakter daşıyır və dəqiqləşdirilə bilər.
Telegram kanalımız