Sağlam qidalanmağa üstünlük verənlərin mətbəxində birinci un seçimi dəyişir. İllərdir faydalı hesab edilən tam buğda və qarabaşaq unundan başqa, badam unu da tərkibinə görə fərqlənir.
“Yeni Sabah” xəbər verir ki, üyüdülmüş badamdan hazırlanan bu un az karbohidratlı, zülalla zəngin və qlütensiz olması ilə seçilir. Xüsusilə qlütensiz və az karbohidratlı qidalananlar badam ununa üstünlük verirlər. Onun tərkibində bitki mənşəli zülal, lif və doymamış yağlar var.
Badam unu ağ una nisbətən daha az karbohidrat ehtiva edir. Bununla yanaşı, zülal, lif və doymamış yağlarla zəngindir. Tərkibində E vitamini və maqnezium da var. Karbohidrat miqdarının az olması ağ undan hazırlanan qidalarla müqayisədə yeməkdən sonra qanda şəkərin yüksəlməsini məhdudlaşdırmağa kömək edir. Tərkibindəki lif və yağlar həzmin gedişinə təsir göstərərək toxluq hissinin daha uzun müddət davam etməsinə şərait yaradır. Badam ununun tərkibindəki E vitamini də mühüm antioksidantlardan biridir. Bu vitamin hüceyrələrin oksidləşmə nəticəsində zədələnmədən qorunmasına kömək edir. Toyuqlu pizza
Badam unu faydalı yağlarla zəngin olsa da, kalorisi yüksək olan qidalardandır. Buna görə də çəkisinə nəzarət etmək istəyənlər onun istifadə miqdarına diqqət yetirməlidirlər.
Əsmətxanım Rzazadə
Telegram kanalımız