Şabalıdın qabığını zibilə atmayın –  Bunu çoxları bilmir

saytların hazırlanması

Evə çatdırılma

Şabalıdın qabığını zibilə atmayın –  Bunu çoxları bilmir

Sağlamlıq

07 Noyabr 2026 17:22 36


Qış aylarında sevilərək yeyilən şabalıdın qabıqları adətən zibilə atılır. Ancaq bu qabıqlardan müxtəlif məqsədlər üçün istifadə etmək mümkündür. Xüsusilə balla qarışdırılan şabalıd qabığı çox faydalıdır.

“Yeni Sabah” xəbər verir ki, şabalıdın içərisi lif, karbohidrat və müxtəlif minerallarla zəngindir. Qabıqlarının tərkibindəki təbii birləşmələr var.

Bəs şabalıd qabığından necə istifadə etmək olar? Dördpendirli pizza

İştahsızlıqdan əziyyət çəkən uşaqlar üçün şabalıd qabığını balla qarışdıraraq istifadə edirlər. Bunun üçün qabıqlar əzilərək püre halına gətirilir və balla qarışdırılır. 1 yaşından yuxarı olan uşaqlarda istifadə edilə bilər.

Şabalıd qabığından saçlara qulluq üçün də istifadə edilir. Bunun üçün təxminən 100 qram qabıq suda qaynadılır. Alınan su soyuduqdan sonra saçlar həmin su ilə yuyulur. Daha sonra saçda təxminən bir saat gözlədilir və su ilə yaxalanır. Bu üsulun müntəzəm tətbiqinin saçları daha sağlam və canlı göstərir.

Bundan başqa, qaynadılmış şabalıd qabığının suyundan dəriyə qulluq zamanı tonik kimi də istifadə edilir.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!