Şimali Koreya ballistik raket buraxdı 

saytların hazırlanması

Evə çatdırılma

Şimali Koreya ballistik raket buraxdı 

Dünya

02 Aprel 2024 09:55 454


Şimali Koreya ortamənzilli ballistik raket buraxıb. 

Bu barədə “Yonhap” agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb. 

Seula görə, buraxılış Pxenyan ərazisindən yerli vaxtla təxminən 06:53-də (Bakı vaxtı ilə 01:53) həyata keçirilib. Daha əvvəl qeyd olunmuşdu ki, KXDR Yapon dənizinə doğru ballistik raket atıb.  Pepperoni pizza

Komitə əlavə edib ki, Cənubi Koreya ordusu əlavə buraxılış ehtimallarına qarşı hazırlıq və müşahidə səviyyəsini artırıb. Cənubi Koreya tərəfi ABŞ və Yaponiya ilə məlumat mübadiləsi apardığını vurğulayıb.//Report 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!