Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Alen Simonyan dekabrda Azərbaycana gələcək.
"Yeni Sabah" Sputnik Armenia-ya istinadla xəbər verir ki, bu barədə özü məlumat yayıb.
A.Simonyan qeyd edib ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bir müddət əvvəl Ermənistana səfər edib. İnternetdən sifariş
TŞ katibinin sözlərinə görə, səfər zamanı texniki məsələlər və əməkdaşlıq müzakirə olunacaq.
Xatırladaq ki, iyunda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın Dilican şəhərində həmin ölkənin Təhlükəsizlik Şurasının həmin dövrdəki katibi Armen Qriqoryanla işgüzar görüş keçirib.
Telegram kanalımız