Sinoptiklərdən HAVA XƏBƏRDARLIĞI: Güclü külək, yağış...

saytların hazırlanması

Evə çatdırılma

Sinoptiklərdən HAVA XƏBƏRDARLIĞI: Güclü külək, yağış...

Sosial

07 İyul 2023 14:54 1154


Bakıda və Abşeron yarımadasında iyulun 10-u səhərdən 11-i axşamadək şimal-qərb küləyinin 15-20 m/s, 10-da bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında iyulun 8-də günün ikinci yarısından 10-u axşamadək bəzi şimal və qərb rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Balakən-Şəki bölgələrinin bəzi yerlərində yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyinin 7-si gündüzdən 11-dək bəzi yerlərdə arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Dördpendirli pizza

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!