SON DƏQİQƏ! Azərbaycan və Ermənistan razılığa gəldi

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ! Azərbaycan və Ermənistan razılığa gəldi

Siyasət

04 İyun 2025 19:13 19309


Azərbaycan və Ermənistan itkin düşmüş şəxslərin birgə axtarışı barədə razılığa gəliblər.

Yenisabah.az xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan məlumat verib.

Bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti əsir, girov və itkin düşmüş şəxslərlə bağlı Ermənistan və Azərbaycan komissiyalarının nümayəndələrinin iclas keçirdikləri barədə məlumat yayıb. Sezar pizza

"Bəli, görüş baş tutub. Bu, ikinci görüşdür. İtkin düşmüş şəxslərin taleyi və mümkün axtarış tədbirləri ilə bağlı məsələlər müzakirə olunub. Bu işin davam etdirilməsi ilə bağlı ilkin razılıq əldə olunub. Görüşü müsbət qiymətləndirirəm. Mən vaxt çərçivəsini deməyəcəyəm, lakin birgə əməliyyat-axtarış tədbirlərinin aparılması ilə bağlı ilkin razılıq var", - Abazyan bildirib.

Xatırladaq ki, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək məqsədilə Ermənistan və Azərbaycan komissiyalarının əvvəlki iclası fevralın 7-də baş tutub./Oxu.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!