Azərbaycanda qadınlarla bağlı maraqlı fakt:   Hər 5 nəfərdən biri...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qadınlarla bağlı maraqlı fakt: Hər 5 nəfərdən biri...

İqtisadiyyat

29 Oktyabr 2026 11:05 92


Azərbaycanda nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi əldə edən qadınların sayında kəskin artım qeydə alınıb. Ötən il ölkə üzrə vəsiqə alan hər 5 nəfərdən 1-i qadın olub.

“Yeni Sabah” xəbər verir ki, 2025-ci ildə ölkədə ümumilikdə 350 min 175 nəfər sürücülük vəsiqəsi alıb. Onların 65 min 696 nəfərini qadınlar təşkil edib.

Statistik dinamika göstərir ki, xanım sürücülərin sayında illər üzrə ciddi sıçrayış baş verib. Belə ki, 2008-ci ildə cəmi 6 min 187 qadın sürücülük vəsiqəsinə yiyələnmişdisə, son göstəricilər bu rəqəmin dəfələrlə artaraq rekord səviyyəyə yüksəldiyini nümayiş etdirir. pizza

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!