“Sonra deyirlər ki, Mətin özünü bizim hesabımıza reklam edir...”

saytların hazırlanması

Evə çatdırılma

“Sonra deyirlər ki, Mətin özünü bizim hesabımıza reklam edir...”

Mədəniyyət

23 İyul 2026 13:57 261


“Yalçın Rzazadənin “YouTube” səhifəsinin müəllif hüquqları mənə məxsusdur və bu hüququ "İlk Media" şirkəti qoruyur. Kimin ifasını bəyənməsəm, platformadan silinir. Görmədiklərim də ola bilər. Onlar da rastıma çıxan kimi silinəcək”.

Bunu “Yeni Sabah”a mərhum Xalq artisti Yalçın Rzazadənin müğənni oğlu Mətin Rzazadə deyib.

O bildirib ki, bu gün ifaçıların çoxu səsinə uyğun olan və olmayan bütün mahnıları oxuyurlar. Dominos pizza

“Yalçın Rzazadənin ifa etdiyi mahnıların bəstəkarların və həmin mahnılara söz yazmış ədiblərin çoxu dünyasını dəyişib. Emin Sabitoğlu, Elza İbrahimova, Cabir Novruz, Oqtay Kazımi və s. İfa üçün gedib kimdən icazə almalıdırlar? Hər dəfə bu haqda danışıram və bəzən sözlərimi başqa yerə yozurlar.

Heç kəsə demirəm ki, mahnını oxumasınlar. Əksinə, oxusunlar, amma öz səslərinə uyğun oxusunlar. Yalçın Rzazadə 1970-ci illərin əvvəllərində bu səhnəyə gəlib. O vaxt elə bir şey yox idi ki, mən müğənniyəm, hansı mahnını istəsəm, oxuyaram. Hər müğənniyə səsinə uyğun mahnı verirdilər. Onun da ifaları öz səsinə uyğun idi. Amma bu gün ifaçıların çoxu səsinə uyğun olan və olmayan bütün mahnıları oxuyurlar. Baxırsan ki, gül kimi sözləri bərbad hala salırlar”.

Xalq artistinin varisi iddia edib ki, “mənəm-mənəm” deyən müğənnilərin çoxunun musiqi təhsili yoxdur:

“Onun mahnılarını ifa edən müğənnilərin çoxunu tanımıram. Tanıdıqlarımın da adını çəkmək istəmirəm. Sonra deyirlər ki, Mətin özünü bizim hesabımıza reklam edir. İstəmirəm ayaqları yer tutsun. Çoxunun nə musiqi təhsili, nə də musiqi zövqü var.

Elə sənətkarlarımız da var ki, Yalçın Rzazadənin mahnılarını çox gözəl şəkildə ifa edirlər. Məsələn, Gülyaz və Gülyanaq Məmmədovalar. Hətta onlara zəng edib ailəmiz adından təşəkkürümü də bildirmişəm. Elə müğənnilər də var ki, mahnıya zəngulələr qoşub, boğazlar artırıb, muğam əlavə ediblər.

Özüm ali təhsilli müğənniyəm. Mənəm deyən müğənnilərin çoxunun musiqi təhsili yoxdur. Hamısı asan yolu seçir. Nə var ki, mən də götürüb Yalçın Rzazadənin mahnılarını ifa edərəm.

Hazırda onun Qızıl Fondda 768 mahnısı var. Hamısının da hüquqları məndədir. İstəsəm, oxuyaram. Səsimə uyğun olanlardan ifa etmişəm, digərlərini yox.

Bu gün müğənnilərin hamısı toylara gedir, pul qazanırlar. Xərc çəkib özlərinə uyğun ifalar etsinlər. Mən də əziyyət çəkirəm. Sırf səsimə uyğun olanları oxuyuram. Onlar da elə etsinlər”.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!