“Şortik qalmaqalı”nın kəndli qəhrəmanı danışdı: “Onun nə haqqı var ki...”

saytların hazırlanması

Evə çatdırılma

“Şortik qalmaqalı”nın kəndli qəhrəmanı danışdı: “Onun nə haqqı var ki...”

Sosial

18 Oktyabr 2022 14:21 4211


İsmayıllının Qalacıq kəndində baş verən “şortik qalmaqalı” günlərdir ki, müzakirə mövzusuna çevrilib.

Belə ki, kəndə gələn yerli turist, bloger Şahpələng Kərimov baş verənləri videoya çəkib. O, əynində şortiklə kənddə gəzərkən kənd sakini ilə arasında mübahisə baş verdiyini bildirib. 

Ötən gün efirə çıxan bloger yenidən məsələni müzakirəyə çıxarıb. Dördpendirli pizza

Yenisabah.az ittihamlarla bağlı Qalacıq kənd sakini Şahin Əlisoltanovla əlaqə saxlayıb. Kənd sakini gündəmdən düşməyən məsələnin əslində blogerin dediyi kimi olmadığını bildirib:  

“Hadisə blogerin dediyi kimi olmayıb. Həmin gün mən maşınımla kəndin içərisindən keçirdim, o bloger məni saxlayıb dedi ki, “Məni şəlaləyə apara bilərsiniz?” dedim ki, “yox, apara bilmərəm, maşınım şəlaləyə getmək üçün texniki baxımdan uyğun deyil”. Bu söhbətdən sonra ona dedim ki, “Belə formada kəndin içində gəzsən, camaat narazılığını bildirəcək”. Sonra maşınımla yoluma davam etdim, o da kameranı çıxarıb başladı məni çəkməyə ki, bu maşın şortikdə olduğuma görə məni aparmır. Məsələ belə olub. Məni çəkirdi, dedim ki, çəkmə, kameranı söndür. Onun nə haqqı var ki, yolu ilə gedən adamı çəkib yalan ittihamlar səsləndirsin?  O, özünə sərf edən formada məsələni çəkib ictimailəşdirib”.

Sakin bildirib ki, Qalacıq kəndində hər zaman turistlərə hörmət edilib, qonaq gələnlər yüksək səviyyədə qarşılanıb və yola salınıb:

“Efirdə danışmağından belə çıxdı ki, İsmayıllıda turistlərə qarşı aqressiv münasibət var. Xeyr! Mən özüm yay aylarında evimdə turistləri qonaq edirəm. Kənddə bu cür 3 nəfər varsa, onlardan biri də mənəm. 15 ilə yaxındır ki, evimi qonaqlara açıram. Hamı da bizdən razı gedir, onları yüksək səviyyədə qarşılayıb, yola salıram. Hətta Avropadan da turistlər bizə gəlib qalıblar. Bir neçə il bundan əvvəl Belçikadan kəndimizə turistlər gəlmişdi, iki gün qalmağı planlayırdılar, sonra xidmətdən o qədər razı qalmışdılar ki, dedilər əlavə 4 gün də qalacağıq. Həmin turistlər gedəndə bizə dedilər ki, sizə viza verəcəyik ki, Avropaya gələ biləsiniz. Onlar mənə viza verdi Belçikaya getdim, gəzdim, bu mənim arzum idi. Daha sonra Almaniya, Fransa, Lüksembur kimi ölkələri gəzdim.

Dəfələrlə olub ki, evdə kirayə üçün yerimiz olmayıb, amma xahiş ediblər deyə biz insanları təmannasız öz evimizdə qonaq etmişik.

Ötən gün efirə qoşulub mən də öz fikirlərimi demək istəsəm də alınmadı. Yaxşı olardı ki, İTV-nin aparıcıları qarşı tərəf kimi məni də dəvət edib fikirlərimi deməyə şərait yaradardılar. Məni də müzakirəyə dəvət etsəydilər, buna iki əlli razı olardım. Bundan sonra da həmin blogerlə üz-üzə, iki normal insan kimi disskusiya aparmağa hazıram”.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!