“Space TV”nin rəhbəri ilk dəfə danışdı -   30 illik kanalın böhran səbəbi açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

“Space TV”nin rəhbəri ilk dəfə danışdı - 30 illik kanalın böhran səbəbi açıqlandı

Mədəniyyət

29 İyul 2026 22:56 101


"Bu gün "Space TV" haqqında danışarkən, hər hansı bir addım atarkən biz ikiqat məsuliyyətli olmalıyıq. Biz yüz ölçüb, bir biçməliyik. Çünki "Space TV" 30 ilin telekanalıdır. Obyektiv və subyektiv səbəblərdən, xüsusilə də subyektiv səbəblərdən - səriştəsiz idarəetmə, yanlış atılan addımlar və xüsusilə son illərdə səhv verilən qərarlar bəzi problemlərə yol açdı. Bu məsələlər də vaxtilə ictimailəşib".

''Yeni Sabah'' xəbər verir ki, bunu "Real TV"də yayımlanan "Media Masası" verilişində "Space TV"nin baş direktoru Ayaz Mustafayev deyib.

O bildirib ki, artıq əməkhaqları ilə bağlı problem aradan qaldırılıb: Dördpendirli pizza

"Bildiyiniz kimi, "Space TV"yə mayın əvvəli təyin olunmuşam. Mən oraya gələndə də mart-aprel ayları üzrə ödənişlərdə problemlər yaranmışdı və biz bunu iyun ayı da daxil olmaqla, həll etdik".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!