Sudanda daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan hökuməti tərəfindən müvafiq tədbirlər həyata keçirilməkdədir.
Yenisabah.az xəbər verir ki, bu barədə XİN-in mətbuat xidməti məlumat yayıb.
Hazırda Sudan Respublikasında yerləri müəyyənləşdirilmiş 26 nəfər Azərbaycan Respublikası vətəndaşı var. Onların təxliyəsi Türkiyənin dəstəyi ilə üçüncü ölkə vasitəsilə həyata keçirilməkdədir. Həmçinin, təxliyə edilən vətəndaşlarımızdan etibarlı səyahət sənədləri olmayanların ölkəmizin aidiyyəti diplomatik nümayəndəlikləri vasitəsilə sənədləşdirilməsi işi təmin olunacaq. pizza hut
Telegram kanalımız