AzTV-nin istehsalı olan, bədii təsvirləri ilk dəfə süni intellekt vasitəsilə hazırlanan tarixi “Sultan Həsən Bahadur” filmi tamaşaçılara təqdim olunur.
"Yeni Sabah" xəbər verir ki, “Tariximizlə qürur duyuruq” bədii-sənədli filmlər silsiləsinin ilk ekran əsəri olan “Sultan Həsən Bahadur” qardaş Türkiyənin “Patik Prodakşn” şirkəti ilə birgə istehsal olunub.
Filmin rejissoru Mecit Güven, ssenari müəllifləri Sərvər Bayramov, Mahir Qəribov və Sevda Hüseyndir. Elmi məsləhətçiləri Səbuhi Əhmədov və Könül İmamverdiyeva, bəstəkarı Vüqar Camalzadədir. Filmin rəssamı Reyhan Aslanova, prodüserləri isə Sərvər Bayramov və Ercan Kayadır. Dördpendirli pizza
Filmin qala gecəsi iyulun 20-i saat 19:00-da, Bakı şəhərindəki Nizami Kino Mərkəzində keçiriləcək.
Telegram kanalımız