“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə “COP29-dan İqlim Həftəsinə: Yaşıl dünya üçün rəqəmsal fəaliyyət yolu” mövzusunda panel müzakirəsi keçirilib.
“Yeni Sabah” xəbər verir ki, Davos formatında təşkil olunan tədbirdə dövlət qurumları, beynəlxalq təşkilatlar və özəl sektoru təmsil edən 100-ə yaxın nümayəndə, həmçinin ekspertlər iştirak edib.
Müzakirələrdə iqlim öhdəliklərinin konkret və ölçülə bilən nəticələrə çevrilməsində rəqəmsal texnologiyaların, innovasiyaların, investisiyaların və tərəfdaşlıqların rolu diqqətə çatdırılıb. pizza mizza
Paneldə çıxış edən İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov rəqəmsal dövlət infrastrukturu və innovasiyaların yaşıl keçidə verdiyi töhfələrdən danışıb. O bildirib ki, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və süni intellekt əsaslı həllərin tətbiqi kağızdan istifadənin, fiziki müraciətlərin və təkrarlanan inzibati proseslərin azalmasına, resurslardan daha səmərəli istifadəyə imkan yaradır.
İRİA-nın sədr müavini Şahin Əliyev isə “Rəqəmsal transformasiya və süni intellekt: iqlimədavamlı kənd təsərrüfatının qurulması” sessiyasında iştirak edib. O, süni intellektə rəqəmsal transformasiyadan ayrıca istiqamət kimi deyil, onun növbəti mərhələsi kimi baxılmasının vacibliyini vurğulayıb.
Tədbirin sonunda dövlət, beynəlxalq təşkilatlar, özəl sektor və investorlar arasında əməkdaşlığın gücləndirilməsi, rəqəmsal və yaşıl innovasiyalara investisiyaların artırılması, uğurlu həllərin genişmiqyaslı tətbiqi əsas prioritetlər kimi müəyyənləşdirilib.
Telegram kanalımız