Sürücülərin NƏZƏRİNƏ: Bu yollar buz bağladı

saytların hazırlanması

Evə çatdırılma

Sürücülərin NƏZƏRİNƏ: Bu yollar buz bağladı

Sosial

04 Dekabr 2022 19:36 3396


Qərb bölgəsinin dağlıq rayonlarında qarlı və dumanlı hava şəraiti müşahidə olunur, yüksək ərazilərdə isə avtomobil yolları buz bağlayıb.

Yenisabah.az xəbər verir ki, Göygöl, Daşkəsən, Şəmkir və Gədəbəy rayonlarında müşahidə olunan qarlı və dumanlı hava şəraiti səbəbindən bəzi avtomobil yollarında nəqliyyatın hərəkəti qismən çətinləşib.

Dekabrın 3-dən müşahidə olunan yağıntılı hava şəraiti nəzərə alınaraq aidiyyatı qurumlar tərəfindən yollara qum səpilir, avtomobillərin hərəkətini təmin etmək üçün lazımi işlər aparılır. Pepperoni pizza

Yollarda böyük tıxacların yaranmaması və avtomobil qəzalarının baş verməməsi üçün Dövlət Yol Polisinin əməkdaşları da ərazilərə cəlb olunub və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin bərpa edilməsi üçün tədbirlər görülür.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun "Report"un Qərb bürosuna bildirib ki, Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yollarda intensiv xidmət aparır.

"Sürücülərdən xahiş olunur ki, həmin ərazilərdə müşahidə olunan hava şəraitini nəzərə alaraq sürət həddi və yol-hərəkət qaydalarına tam riayət etsinlər", - DİN rəsmisi bildirib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!