Şuşada hava necədir? - Nazirlik açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Şuşada hava necədir? - Nazirlik açıqladı

Sosial

14 Dekabr 2022 11:27 638


Şuşa, Laçın və Kəlbəcərdə hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, dekabrın 14-də Şuşa, Laçın və Kəlbəcərdə hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, arabir duman olacaq. Havanın temperaturu gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, axşam 2 dərəcəyədək şaxta olacaq. Qərb küləyinin sürəti 2-6 m/s təşkil edəcək. 

Dekabrın 15-də dəyişkən buludlu, əsasən yağmursuz, arabir dumanlı hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu gecə 3-5 dərəcə şaxta, gündüz 1dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək. Qərb küləyinin sürəti 2-5 m/s olacaq. Sezar pizza

Dekabrın 16-da hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, arabir duman olacaq, gündüz az qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 3-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Qərb küləyi əsəcək, sürəti 2-6 m/s təşkil edəcək.

Dekabrın 17-də əsasən yağmursuz, arabir dumanlı hava şəraiti  müşahidə olunacaq. Lakin 16-dan 17-nə keçən gecə az qar yağacağı ehtimalı var. Havanın temperaturu gecə 3-5 dərəcə şaxta, gündüz 1dərəcə şaxtadan 3 dərəcəyədək isti, qərb küləyinin sürəti 3-8 m/s olacaq.

Dekabrın 18-də hava şəraiti əsasən yağmursuz keçəcək, arabir duman olacaq. Havanın temperaturu gecə 3-5 dərəcə şaxta, gündüz 1dərəcə şaxtadan 3 dərəcəyədək isti  olacaq. Şərq küləyi əsəcək, sürəti 2-6 m/s təşkil edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!