Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazandı

İdman

07 İyun 2026 22:52 96


İtaliyanın Roma şəhərində keçirilən taekvondo üzrə Qran-pri turnirində Azərbaycan millisinin üzvü Qaşim Maqomedov (58 kq) bürünc medal qazanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.

Q. Maqomedov medal yolunda italiyalı, yunanıstanlı və çinli rəqiblərini mübarizədən kənarlaşdırıb. Dominos pizza

Qeyd edək ki, idmançı turnirə Dünya Taekvondo Federasiyasının (WT) reytinq sıralamasına əsasən dəvət almışdı. Qran-pri seriyası dünya taekvondosunun ən nüfuzlu yarışlarından biri hesab olunur və burada qazanılan nəticələr idmançılara həm dünya reytinqi, həm də Olimpiya təsnifatı xalları qazandırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!