Taksi qiymətləri artdı: 3 manatlıq yol üçün 14 manat... 

saytların hazırlanması

Evə çatdırılma

Taksi qiymətləri artdı: 3 manatlıq yol üçün 14 manat... 

Sosial

09 Yanvar 2023 11:07 779


Bakıya yağan güclü qar səbəbi ilə bir çox şəxs avtomobilini yola çıxarmaq istəmədiyindən taksilərə təlabat artıb. Bəzi taksi sürücüləri isə bundan istifadə edərək qiymətləri 3-4 dəfə qaldrıblar. Taksi sürücüləri artımın özünəməxsus səbəblərinin olduğunu bildirib. Süni qiymət artımı müştərilər tərəfindən birmənalı qarşılanmayıb. 

Yenisabah.az bildirir ki, bir neçə gün əvvəl Yeni Yasamal ərazisindən Nərimanov metrosuna şirkətlər 2-3 manat qiymət təklif edirdisə, bu səhər gediş haqqı 14 manat 20 qəpik olub.

Qeyd edək ki, ötən gecədən etibarən Bakıda və Abşeron yarımadasında qar yağır. Bu gün havanın temperaturu gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın olacaq. Paytaxtda qeyri-sabit hava şəraiti yanvarın 12-dək davam edəcək.  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!