Taksi xidməti bahalaşıb - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Taksi xidməti bahalaşıb - RƏSMİ

Sosial

12 İyul 2023 15:36 1013


2023-cü ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin iyun ayına nisbətən 109,8 faiz təşkil edib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. 

İyun ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən taksi nəqliyyatı ilə şəhərdaxili sərnişindaşıma və minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi xidmətlərinin qiymətlərində, ucuzlaşma isə respublikadan kənara istirahət turlarının qiymətlərində müşahidə olunub.  Sezar pizza

Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!