Tanınmış jurnalist dünyasını dəyişdi -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış jurnalist dünyasını dəyişdi - FOTO

Hadisə

16 Noyabr 2026 10:53 66


Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Muxtar Məmmədov vəfat edib.

“Yeni Sabah” xəbər verir ki, o, 1959-cu ildə Ordubad rayonunun Aza kəndində anadan olub. Uzun illər “Şərq qapısı” qəzetində müxbir, şöbə müdiri və məsul katib vəzifələrində çalışıb.

20 ildən çox jurnalistika sahəsində fəaliyyət göstərən Muxtar Məmmədov bir sıra kitabların və yüzlərlə publisistik məqalənin müəllifi olub. Sərfəli qiymətə məhsullar

O, “Tərəqqi” medalı, “Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti” fəxri adı və “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalı ilə təltif edilib.

Qeyd edək ki, Muxtar Məmmədov bu gün doğulduğu Ordubad rayonunun Aza kəndində dəfn olunacaq.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!