Əfsanəvi “Bugatti Tourbillon”un kiçildilmiş surəti hazırlandı

saytların hazırlanması

Evə çatdırılma

Əfsanəvi “Bugatti Tourbillon”un kiçildilmiş surəti hazırlandı

Avto

16 Noyabr 2026 10:58 42


Böyük Britaniyada fəaliyyət göstərən “Amalgam Collection” şirkəti məşhur “Bugatti Tourbillon” hiperkarının dəqiq miniatür versiyasını ərsəyə gətirib. 

Uzunluğu 58 santimetri ötən bu modelin hazırlanması və təkmilləşdirilməsi üzərində ümumilikdə 3 000 saatdan çox iş aparılıb, təkcə bir nüsxənin yığılmasına isə 300 saatdan artıq vaxt sərf edilir.

Minlərlə xırda detalın, o cümlədən xüsusi tökmə elementlərin və fotoaşındırma texnologiyası ilə hazırlanan hissələrin birləşdirildiyi miniatürün orijinal avtomobillə tam eynilik təşkil etməsinə birbaşa “Bugatti”nin mühəndis və dizayner heyəti nəzarət edib.  Online shopping Azərbaycan

Xatırladaq ki, əsl “Bugatti Tourbillon” hiperkarı 1 800 at gücündə mühərriklə təchiz edilib. Çəkisi təqribən iki ton olan bu avtomobil saatda 445 kilometr maksimal sürət yığa bilir və cəmi 250 ədəd tirajla istehsal olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!