Məşhur müğənni Aleyna Tilki İstanbulda konsert hazırlıqları zamanı maraqlı paylaşımı ilə diqqət çəkib.
"Yeni Sabah" xəbər verir ki, Tilki hazırlıq müddətində ona yoldaşlıq edəcək yeni bir dost axtardığını açıqlayıb və həmin şəxsdə görmək istədiyi xüsusiyyətləri sadalayıb.
Müğənni axtardığı şəxsin çox zarafatcıl, empatiyalı, təbiətsevər və yürüş etməyi sevən biri olmasını istəyir. O, həmçinin həmin şəxsin öz “qaranlıq tərəfi” ilə barışıq olmasını, azadlığa və təbiiliyə bağlılığını, onunla rəqabət aparmamasını və üstün zəkaya sahib olmasını vurğulayıb. Marqarita pizza
Aleyna Tilki paylaşımında belə yazıb:
“İstanbula gəldim. Konsertə hazırlaşmaq üçün düşərgədəyəm. Yeni bir dost istəyirəm. Xüsusiyyətlərini sadalayacağam: zarafatcıl olsun, amma çox zarafatcıl, qaranlıq tərəfi ilə barışıq olsun, yürüş etməyi sevsin. Mənimlə yarışacaq düşüncədə olmasın, empatiyalı və təbiəti sevən bir ruhu olsun. Azadlığa və təbiiliyə bağlı olsun. Həm də çox ağıllı olsun.”
Aytac Əliyeva
Telegram kanalımız