Tarixdə ilk -   Azərbaycan və ABŞ bu addımı atacaq

saytların hazırlanması

Evə çatdırılma

Tarixdə ilk - Azərbaycan və ABŞ bu addımı atacaq

İqtisadiyyat

31 May 2026 14:17 230


İyunun 2-də Azərbaycanın İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentinin birgə təşkilatçılığı ilə, ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasına uyğun olaraq, Bakı Enerji Həftəsi çərçivəsində ilk ABŞ-Azərbaycan İqtisadi Dialoqu keçiriləcək.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi məlumat yayıv.

Bildirilib ki, tədbirin məqsədi regional bağlantılar, ticarət, sənaye, tranzit, enerji təhlükəsizliyi, investisiya, süni intellekt və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsidir. pizza mizza

Dialoq çərçivəsində ABŞ və Azərbaycan biznes icmalarının iştirakı ilə xüsusi sessiya təşkil olunacaq. Sessiya zamanı bir sıra əməkdaşlıq sənədlərinin və kommersiya müqavilələrinin imzalanması nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!