2026-cı ilin birinci yarısında tarix-mədəniyyət abidələrinə qanunsuz müdaxilələrin qarşısının alınması məqsədilə 200 preventiv tədbir görülüb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıbb.
Xidmətdən bildirilib ki, hüquq-mühafizə orqanlarına 60 müraciət ünvanlanıb, 32 inzibati tənbeh qərarı qəbul edilib və qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 1 cinayət işi başlanılıb. Sezar pizza
Xatırladaq ki, hazırda Dövlət Xidməti dövlət mühafizəsinə götürülmüş 6114 tarix-mədəniyyət abidəsindən 4377-nə, eləcə də 1400-dən artıq yeni aşkar edilmiş abidə qismində qeydə alınmış tarix və mədəniyyət əhəmiyyətli obyektlərin mühafizəsinə nəzarəti həyata keçirir.
Telegram kanalımız