Tələbələrə 3 min manat veriləcək - Təsdiqləndi

saytların hazırlanması

Evə çatdırılma

Tələbələrə 3 min manat veriləcək - Təsdiqləndi

Sosial

07 İyul 2023 11:26 1043


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyev adına təqaüd” təsis edilib. 

Yenisabah.az xəbər verir ki, Baş nazir Əli Əsədov Sərəncamın icrasının təmin edilməsini təsdiqləyib. 

Ə.Əsədovun imzaladığı Sərəncama əsasən, Elm və Təhsil Nazirliyi Azərbaycanın ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 (yüz) nəfər tələbə üçün təsis edilmiş “Heydər Əliyev adına təqaüd”ün verilməsi ilə bağlı maliyyələşmə zərurəti yarandıqda, bu barədə təkliflərini Nazirlər Kabinetinə təqdim edəcək.  pizza hut

Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilib. 

Qeyd edək ki, təqaüd Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan dövlət büdcəsinin vəsaiti hesabına 3 000 manat məbləğində birdəfəlik veriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!