Tələbələrə ŞAD XƏBƏR: Gələn ildən təqaüdlər bu qədər artırılacaq

saytların hazırlanması

Evə çatdırılma

Tələbələrə ŞAD XƏBƏR: Gələn ildən təqaüdlər bu qədər artırılacaq

Sosial

17 Dekabr 2025 19:33 1954


Tələbələrin gündəlik xərcləri artdığı bir vaxtda təqaüdlərin gələcək taleyi maraq doğurur. Kirayə haqqı, nəqliyyat və qida qiymətlərində müşahidə olunan artım fonunda tələbələrə verilən təqaüdlərin də artırılıb-artırılmayacağı sual altındadır. Maraqlıdır, təqaüdlər gələn il artırıla bilərmi?

“Yeni Sabah” xəbər verir ki, bu barədə KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, gələn il tələbə təqaüdlərində artım ehtimalı var. Onun sözlərinə görə, təqaüdlərin təqribən 8–10 faiz artırılması gözlənilə bilər:

“Tələbələrə verilən təqaüdlər indeksləşdirilir. Bu indeksləşmə orta aylıq əmək haqqının artım tempinə uyğun aparılır. Orta aylıq əmək haqqının artım tempi isə il ərzində təxminən 9 faizə yaxın olur. Buna görə də təqaüdlərin də bu səviyyədə indeksləşdirilməsi mümkündür”. Online alış-veriş

Ekspertin fikrincə, belə bir artım baş verərsə, bu, artan yaşayış xərcləri fonunda tələbələrin maliyyə yükünün qismən də olsa azaldılmasına töhfə verə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!