Təlim uçuşu yarımçıq qaldı: F-16 yerə çırpıldı

saytların hazırlanması

Evə çatdırılma

Təlim uçuşu yarımçıq qaldı: F-16 yerə çırpıldı

Hadisə

18 Sentyabr 2026 10:06 111


ABŞ-də hərbi təlim zamanı F-16 qırıcısı qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarənin pilotu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

“Yeni Sabah” xəbər verir ki, hadisə Miçiqan ştatının Alpona bölgəsində yerləşən Milli Qvardiya bazasının yaxınlığında baş verib. ABŞ ordusunun məlumatına görə, F-16 qırıcısı planlı təlim uçuşu zamanı qəzaya uğrayıb.

Pilot qəza zamanı təyyarənin katapult sistemindən istifadə edərək təhlükəsiz şəkildə təyyarəni tərk edib. Hadisədən sonra pilot xəstəxanaya aparılıb. Onun vəziyyəti ilə bağlı əlavə məlumat açıqlanmayıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə təyyarənin düşdüyü ərazidən güclü qara tüstünün yüksəldiyi görünür. Sezar pizza

Qəzanın səbəbləri araşdırılır.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!