İran Hörmüz boğazında 26 gəmini qara siyahıya saldı

saytların hazırlanması

Evə çatdırılma

İran Hörmüz boğazında 26 gəmini qara siyahıya saldı

Dünya

24 Noyabr 2026 21:33 47


İranın Hörmüz boğazında gəmilərin keçidini tənzimləmək üçün yaratdığı Fars Körfəzi Su Yolu İdarəsi boğazdan alternativ cənub marşrutundan istifadə edən gəmilərə xidmət göstərən 26 yedək gəmisinin qara siyahıya alındığını açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, qurum bu barədə "X"də məlumat yayıb.

İdarə sahə müşahidələri və məlumatlar vasitəsilə müəyyən edilmiş yedək gəmilərinin adlarını, Beynəlxalq Dəniz Təşkilatı nömrələrini və bayraq məlumatlarını paylaşıb. Sərfəli qiymətə məhsullar

Açıqlamada qeyd olunur ki, İranın cənubundakı qonşu ölkələrdən gələn məlumatlar və sahə müşahidələri əsasında yedək gəmilərinin Hörmüz boğazından alternativ cənub marşrutundan istifadə edən gəmilərə xidmət göstərdiyi aşkarlanıb. Bu səbəbdən qara siyahıya salınmış yedək gəmilərinin adları, onların Beynəlxalq Dəniz Təşkilatı nömrələri və dalğalandırdıqları bayraqlar haqqında məlumatlar da paylaşılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!