Çinin avtomobil nəhəngi BYD lüks brendi “Denza” altında hazırladığı yeni sedan modeli “Denza Z9S”i rəsmən satışa təqdim edib.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, bir dəfə doldurmaqla 1100 kilometrə qədər məsafə qət edən avtomobil dünyanın en uzun yürüş zolağına malik elektrikli avtomobili unvanını qazanıb. Modelin satış qiyməti 37 min 600 dollardan başlayır.
Çin bazarında “Tesla Model 3” qiymətlərinə yaxın mövqedə yer alan model üst seqment elektrikli avtomobil bazarındakı balansları dəyişməyə namizəd göstərilir. Sportiv xətləri, damına inteqrasiya olunmuş LiDAR sensoru və geniş baqaj həcmi ilə diqqət çəkən 5 metrlik nəhəng sedan müasir texnologiyalarla təchiz olunub. Salonda 17,3 düymlük mərkəzi ekran, 13,2 düymlük göstərici paneli, 50 düymlük başüstü ekran (HUD), Nappa dəri oturacaqlar və “God's Eye” adlı təhlükəsizlik asistantı yer alır. pizza hut
Avtomobil həm arxadan çəkişli, həm də üç mühərrikli tam çəkişli versiyalarda təqdim olunur. Ən üst komplektasiyası 1194 at gücü (890 kW) hasil edir və 0-dan 100 km/saat sürəti cəmi 2,68 saniyəyə yığır. “Xərçəng yerişi” etmək və öz oxu ətrafında dönmək qabiliyyətinə malik olan model sürətli şarj texnologiyası və pnevmatik asqı sistemi ilə təchiz edilib.
Cəlalə Cəlalqızı
Telegram kanalımız