“Tesla”nın xalis mənfəəti 43% azaldı

saytların hazırlanması

Evə çatdırılma

“Tesla”nın xalis mənfəəti 43% azaldı

Dünya

22 Oktyabr 2026 16:19 69


“Tesla” 2026-cı ilin III rübünə dair maliyyə hesabatını elan edib.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, şirkətin ümumi gəliri dəyişməyərək 28 milyard dollar təşkil etsə də, avtomobil satışlarından gəliri 3% azalaraq 20,6 milyard dollara düşüb. Hesabat dövründə elektrikli avtomobil istehsalçısının xalis mənfəəti 43% azalaraq 787 milyon dollar olub (ötən ilin eyni dövründə 1,4 milyard dollar). Bir səhmə düşən mənfəət isə 39 sentdən 22 sentə enib. Buna baxmayaraq, maliyyə nəticələri bazar gözləntilərini üstələyib.

Rüb ərzində 464 min 391 avtomobil istehsal edən "Tesla" 486 min 532 avtomobilin çatdırılmasını reallaşdırıb. İstehsal 4% artsa da, çatdırılma sayında 2%-lik azalma qeydə alınıb. Şirkətdən bildirilib ki, istehsalın artmasına əsas maneə batareya təchizatı olsa da, süni intellekt, robototexnika və energetika sahələrinə gələcək sərmayələrin yatırılması davam etdirilir.  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!