Tikinti bazarında rəqəmlər dəyişdi -   Artımlar var...

saytların hazırlanması

Evə çatdırılma

Tikinti bazarında rəqəmlər dəyişdi - Artımlar var...

İqtisadiyyat

23 Sentyabr 2026 16:57 81


Azərbaycanda tikinti şüşəsi istehsalı avqust ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,2 faiz artıb.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA) məlumat yayıb. 

Bildirilib ki, bu ilin yanvar-avqust aylarında ölkədə 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz azdır. Sezar pizza

Təkcə avqust ayında isə 789 min kvadratmetr tikinti şüşəsi istehsal olunub. Bu, 2025-ci ilin avqust ayı ilə müqayisədə 14,2 faiz çoxdur.

Sentyabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 2 milyon 393 min kvadratmetr hazır tikinti şüşəsi məhsulu ehtiyatı olub.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda 9 milyon 851 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. Bu isə 2024-cü illə müqayisədə 7,3 faiz çoxdur.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!