Tramp administrasiyasından rekord ödəniş

saytların hazırlanması

Evə çatdırılma

Tramp administrasiyasından rekord ödəniş

Dünya

05 Avqust 2026 17:09 69


ABŞ Ali Məhkəməsinin müvafiq qərarından sonra Tramp administrasiyası xaricdən məhsul idxal edən yerli şirkətlərdən qanunsuz olaraq toplanmış 100 milyard dollar məbləğində gömrük rüsumunu sahiblərinə iadə edib.

 "Yeni Sabah" xarici mətbuata istinadən xəbər verir ki, ödənilən bu vəsait tətbiq edilən tariflər çərçivəsində Amerika idxalçılarından yığılan ümumi 165 milyard dollarlıq məbləğin təxminən 60%-ni təşkil edir.

Məlum olduğu kimi, Ali Məhkəmə fevral ayında sözügedən gömrük rüsumlarının toplanmasını qanunsuz hesab edərək vəsaitlərin sahibinə geri qaytarılması barədə hökm çıxarmışdı. Buna baxmayaraq, administrasiya məhkəmə qərarının ardından yeni tarif dalğasına start verərək idxal mallarından rüsum yığımını davam etdirməyə cəhd göstərib. ABŞ-nin 25 ştatı isə bu qərarın yerli sahibkarlar üçün növbəti qanunsuz maliyyə yükü yaratdığını bildirərək hökumətə qarşı yenidən məhkəmə iddiası qaldırıb. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!