Tramp və Putin 1 saata yaxın danışıq apardı

saytların hazırlanması

Evə çatdırılma

Tramp və Putin 1 saata yaxın danışıq apardı

Siyasət

14 İyun 2026 20:49 83


Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb və onu 80 illik yubileyi münasibətilə təbrik edib.

"Yeni Sabah" xəbər verir ki, Amerika lideri təbriklərə görə təşəkkür edib və qeyd edib ki, Rusiya Prezidenti həmin gün onunla əlaqə saxlayan ilk xarici lider olub.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov danışığın dostcasına və səmimi keçdiyini, təxminən bir saat davam etdiyini bildirib. Pepperoni pizza

"Xronometraj üzrə daha dəqiq desək, düz 55 dəqiqə olub", - o, aydınlıq gətirib.

Y.Uşakov əlavə edib ki, Tramp təbriklərdən təsirlənib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!