Tramp yenidən prezidentliyə namizəd ola bilər

saytların hazırlanması

Evə çatdırılma

Tramp yenidən prezidentliyə namizəd ola bilər

Dünya

10 Aprel 2022 11:17 664


ABŞ-ın keçmiş prezidenti Donald Tramp üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə o, Şimali Karolinada keçirilən mitinqdə tərəfdarları qarşısında çıxışı zamanı deyib.

Trampın seçki kampaniyasına bu il aralıq seçkilərinə qədər başlaya bilər. Pepperoni pizza

ABŞ-ın hazırkı prezidenti Co Bayden artıq ikinci müddətə namizəd olmaq niyyətini bəyan edib.

“Həqiqət budur ki, mən artıq iki dəfə prezidentliyə namizəd olmuşam və iki dəfə qalib gəlmişəm. İkinci dəfə isə nəticə birincidən xeyli yaxşı idi. İndi biz bunu yenidən etməli ola bilərik. Burada mənim yenidən seçkiyə getməyimi istəyən varmı?”, - deyə Tramp Şimali Karolinada keçirilən mitinqdə tərəfdarlarına sual verib.

O, həmçinin siyasi rəqiblərini 2020-ci il seçkilərini saxtalaşdırmaqda ittiham etməyə davam edir.

“Enerji böhranından şiddətli cinayət böhranına, Əfqanıstandakı fəlakətdən Ukraynadakı fəlakətə qədər, bu gün gördüyümüz hər şey saxtalaşdırılan bu dəhşətli seçkinin nəticəsidir”, - Tramp deyib.

Bundan əvvəl Tramp Respublikaçı tərəfdarlarına 2024-cü ilə qədər Konqresə və Ağ Evə nəzarəti bərpa etməyi planlaşdırdığını bildirib.\Apa


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!