Müğənni Türkan Vəlizadənin mağazalardan birindən paltarlar alıb pulunu ödəmədiyi haqda xəbərlər xeyli müzakirə edildi.
Yenisabah.az xəbər verir ki, ifaçı bu haqda xəbərləri oxuyandan sonra izləyicilərinə açıqlama verib.
O, vaxtı olmadığı üçün geyimləri qaytara bilmədiyini deyib: Toyuqlu pizza
“Sosial şəbəkələrdə haqqımda xoşagəlməz xəbərlər gördüm. Məni sevənlər və tanıyanlar bilir ki, mən elə insan deyiləm. Stilim və geyimlərim üzərində Mikayıl məşğul olduğuna görə bunların heç birindən xəbərim olmayıb. Hər kəs də bilir ki, biz sənətçilər libaslarımızın 90 faizini alırıq. Sadəcə olaraq vaxtım olmadığına görə o paltarı qaytara bilmədim. Hər zaman hər kəsə kömək və dəstək olmuşam. Bunu bilənlər bilir. Məncə, belə paylaşım etməyə ehtiyac yox idi”.
Xatırladaq ki, sosial şəbəkədə onlayn geyim satan səhifələrdən biri Türkanın 800 manatlıq paltarları nə qaytardığını, nə də pulunu ödədiyini yazmışdı.
Telegram kanalımız