Təyyarədə yanğın -   Hava limanı bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Təyyarədə yanğın - Hava limanı bağlandı

Hadisə

11 May 2026 10:08 136


Türk Hava Yollarına məxsus sərnişin təyyarəsində yanğın baş verib.

“Yeni Sabah” Türkiyə mətbuatına istinadən bildirir ki, İstanbuldan Nepalın paytaxtına uçan “Airbus A330” tipli təyyarəsinin sağ arxa təkəri enişdən sonra alovlanıb.

Hadisə səbəbindən hava limanı bir saatlıq bağlanıb. Dominos pizza

Məlumata görə, təyyarədə olan 277 sərnişin və 11 ekipaj üzvü təxliyə edilib. Xəsarət alan olmayıb.

Nepal Mülki Aviasiya İdarəsinin sözçüsü Gyanendra Bhul bildirib ki, yanğın qısa müddətdə söndürülüb və təyyarə dayanacağa çəkilərək istismardan çıxarılıb.

Türk Hava Yolları isə açıqlamasında tüstünün hidravlik borudakı texniki nasazlıq səbəbindən yarandığını ehtimal etdiklərini bildirib. Şirkət sərnişinlərin geri daşınması üçün əlavə reys planlaşdırıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!