Türkiyədə ilin 8 ayında 56 şəhərin ixracatı artıb

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə ilin 8 ayında 56 şəhərin ixracatı artıb

İqtisadiyyat

08 Sentyabr 2026 17:14 63


Türkiyə Ticarət Nazirliyi yanvar-avqust dövrü üzrə ölkə vilayətlərinin ixracat göstəricilərini açıqlayıb.

“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilin ilk 8 ayında 56 şəhərdə ixrac artımı qeydə alınıb, 25 vilayətin xarici ticarət satışı isə 1 milyard dolları ötüb.

Avqust ayında 5 milyard 503 milyon dollarlıq göstərici ilə ən çox ixracat həyata keçirən il İstanbul olub. Şəhərin xarici satışı ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artıb. İkinci sırada 3 milyard 122 milyon dollar (16,6 faiz artım) göstərici ilə Kocaeli, üçüncü sırada isə 1 milyard 842 milyon dollar (1,2 faiz azalma) göstərici ilə İzmir qərarlaşıb. Marqarita pizza

İstanbulun ixracatında qiymətli və yarımqiymətli daşlar sektoru (1,58 milyard dollar) birinci yeri tutub. Kocaeli vilayətindən ən çox avtomobil sektoru məhsulları (1,01 milyard dollar), İzmirdən isə mineral yanacaq və neft məhsulları (292,4 milyon dollar) xarici bazarlara çıxarılıb.

Məlumata görə, İstanbul ən çox İsveçrəyə (986,1 milyon dollar), Kocaeli Böyük Britaniyaya (304,9 milyon dollar), İzmir isə Almaniyaya (177,6 milyon dollar) məhsul göndərib.

Avqust ayında illik müqayisədə ixracat həcmini məbləğ ifadəsində ən çox artıran şəhərlər sırasında da İstanbul (634 milyon dollar artım) birinci olub. Onu Mersin (467 milyon dollar artım) və Kocaeli (444 milyon dollar artım) izləyib.

Cəlalə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!