ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki müttəfiq ölkələrə qarşı sərt tələb irəli sürüb.
"Yeni Sabah" xəbər verir ki, o, regiondakı ərəb ölkələrinin mümkün müharibə və hərbi əməliyyatlar zamanı Vaşinqtonun çəkdiyi bütün xərcləri tam şəkildə geri ödəməli olduğunu bildirib.
Tramp bu barədə açıqlamasında regiondakı tərəfdaşlarına birbaşa xəbərdarlıq edib: Online shopping Azərbaycan
"Bu prosesin sonunda qoruduğumuz ölkələr müharibədə çəkdiyimiz bütün xərcləri bizə geri ödəyəcəklər. Çünki biz olmasaydıq, onlar mövcud olmazdılar".
Ağ Ev rəhbərinin bu bəyanatı beynəlxalq mediada və siyasi dairələrdə geniş müzakirələrə səbəb olub.
Nazim Hacıyev
Telegram kanalımız