Qızıl bahalaşdı

saytların hazırlanması

Evə çatdırılma

Qızıl bahalaşdı

İqtisadiyyat

10 Noyabr 2026 11:09 46


Dünya bazarında qızılın qiymətində artım qeydə alınıb.

"Yeni Sabah" xəbər verir ki, qızılın bir troya unsiyasının spot qiyməti 17,47 ABŞ dolları və ya 0,42% artaraq 4 122,35 ABŞ dollarına yüksəlib.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti isə 15,80 ABŞ dolları və ya 0,38% artaraq 4 130,30 ABŞ dolları təşkil edib. Onlayn mağaza

Digər qiymətli metalların qiymətlərində də yüksəliş müşahidə olunub. Gümüşün dekabr fyuçersləri 1,07% bahalaşaraq 53,26 ABŞ dollarına, platinin spot qiyməti isə 0,11% artaraq 1 581,47 ABŞ dollarına çatıb.

Mis üzrə dekabr fyuçerslərinin qiyməti də 0,13% yüksələrək bir funt üçün 633,65 ABŞ senti təşkil edib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!