İlham Əliyev Ərdoğana başsağlığı verdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Siyasət

10 Noyabr 2026 12:40 69


Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin İzmir vilayətində metallurgiya zavodunda 17 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

"Yeni Sabah" xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Əziz Qardaşım. İnternetdən sifariş

İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!