Fransa İranı ittiham etdi

saytların hazırlanması

Evə çatdırılma

Fransa İranı ittiham etdi

Dünya

10 Noyabr 2026 12:57 60


Fransa hökuməti Avropada 700-dən çox supermarketin soyutma sistemlərinə edilən genişmiqyaslı kiberhücumların arxasında İranın dayandığını bəyan edib.  

"Yeni Sabah" xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro hücumun miqyasına və aqressivlik səviyyəsinə görə görünməmiş bir insident olduğunu bildirib. Fransa xüsusi xidmət orqanları və kəşfiyyat mənbələrinin məlumatına görə, hücumlar İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli haker qruplaşması tərəfindən həyata keçirilib.  

Hakerlər mağazalardakı soyuducu qurğuların temperaturunu tənzimləyən proqram təminatına müdaxilə edərək sistemləri sıradan çıxarıblar. Nəticədə tonlarla ərzaq məhsulu xarab olub və ticarət şəbəkələrinə milyonlarla avro ziyan dəyib.   İnternetdən sifariş

Məlumata görə, kiberhücumlar təkcə Fransa ilə məhdudlaşmayıb. Oktyabr ayında Fransada başlayan analoji insidentlər noyabrın əvvəlində Almaniya, Belçika, İsveç, Finlandiya və İtaliyadakı supermarketlərdə də qeydə alınıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!