Türkiyənin Kahramanmaraş vilayətində zəlzələ qeydə alınıb.
"Yeni Sabah" xəbər verir ki, yeraltı təkanlar vilayətin Pazarcık rayonunda baş verib.
Məlumata görə, zəlzələnin maqnitudası 4,4 olub. Təbii hadisə yerli vaxtla saat 13:12-də, təxminən 12 kilometr dərinlikdə qeydə alınıb. Pepperoni pizza
İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində dağıntı və ya insan tələfatı qeydə alınmayıb.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən monitorinq davam etdirilir.
Telegram kanalımız