Egey dənizində 4.3 bal gücündə zəlzələ baş verıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar Muğlanin Datça rayonu yaxınlığında hiss olunub. pizza sifarişi
Məlumata görə, zəlzələ yerli vaxtla saat 16:34-də qeydə alınıb. Yeraltı təkanların episentri Egey dənizi olub.
AFAD-ın açıqladığı məlumatda bildirilib ki, zəlzələnin ocağı 12.4 kilometr dərinlikdə yerləşib. Episentr Datçadan təxminən 135 kilometr məsafədə qeydə alınıb./Oxu.az
Telegram kanalımız