Ukrayna Rusiyanın dərinliyinə zərbə endirdi

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna Rusiyanın dərinliyinə zərbə endirdi

Dünya

23 May 2026 15:24 186


Ukrayna ordusu sərhəddən 1700 km uzaqlıqdakı Rusiyanın hərbi sənaye müəssisəsinə zərbə endirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında bildirib.

Ukrayna lideri Rusiya ərazisinin dərinliyində - Perm bölgəsində “Metafrax Chemicals” müəssisəsinə zərbə endirildiyini təsdiqləyib. pizza sifarişi

Zelenski qeyd edib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) həyata keçirdiyi əməliyyat ölkə sərhədindən təxminən 1700 kilometr uzaqlıqda baş verib və bu, Rusiyanın hərbi sənaye kompleksinə qarşı “uzunmənzilli sanksiya” xarakteri daşıyır.

Onun sözlərinə görə, “Metafrax Chemicals” Rusiya kimya sənayesinin mühüm hissəsidir və istehsal etdiyi məhsullar ölkənin bir çox hərbi zavodlarını, o cümlədən pilotsuz uçuş aparatları, aviasiya texnikası, raket mühərrikləri və partlayıcı maddələrin istehsalını təmin edən müəssisələri xammalla təchiz edir.

Ukrayna Prezidenti müəssisədə istehsal prosesinin dayandırıldığını iddia edib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!