Ukraynada siyasi xaos

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada siyasi xaos

Dünya

17 Sentyabr 2026 14:36 89


Ukrayna həm siyasi, həm də maliyyə baxımından dərin gərginlik dövrünə qədəm qoyub.

“Yeni Sabah” xəbər verir ki, Prezident Volodimir Zelenskinin nəzarətində olan Prezident Ofisi ilə hakim "Xalqın xidmətçisi" partiyası arasında ziddiyyət yaranıb. Partiyanın Beynəlxalq Valyuta Fondunun (BVF) tələb etdiyi islahatları bloklaması səbəbindən milyardlarla dollarlıq beynəlxalq yardım dondurulub. Bu isə büdcəni kritik həddə çatdırıb; Baş nazir Serhiy Koretski Maliyyə Nazirliyinin maaşları ödəmək üçün vəsaitinin tükənmək üzrə olduğunu bildirib.

Paralel olaraq, hüquq-mühafizə sistemində kütləvi korrupsiya qalmaqalı alovlanıb. Milli Antikorrupsiya Bürosu (NABU) Prezident Administrasiyası rəhbərinin müavini İrina Mudranı reketçilikdə, Baş Prokurorluğun yüksəkvəzifəli şəxslərini isə qanunsuz zəng mərkəzlərini himayə etməkdə ittiham edib. Pepperoni pizza

Məhz bu hadisələrin ardınca Baş prokuror Ruslan Kravçenko NABU rəhbəri Semyon Krivonosa qarşı ittiham irəli sürərək istefa verib və ölkəni tərk edib. Zelenskiyə yaxın kadroların hədəf alınması Prezident Ofisi ilə antikorrupsiya qurumları arasındakı qarşıdurmanı son həddə çatdırıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!